Müsabiqədə yalnız “AJAŞ müsabiqəsi üçün” başlığı altında çap və ya elektron KİV-də dərc edilmiş məqalə və ya silsilə yazılar iştirak edir. Büdcə vəsaitləri, neft gəlirləri, şəffaflıq və korrupsiyadan bəhs edilən mövzular, sadə insanların problemlərindən, milli və ya ictimai maraqlardan kəsb edən məsələlər, kənardan deyil, müəllifin şəxsi təşəbbüsü ilə hazırlanmış yazılar, sənəd və sübutların, müsahibələrin audioyazılarının, fotolarının olması məqalələrin meyarları hesab edilir.
Müsabiqə martın 1-dən başlayaraq hər iki həftədən bir müntəzəm keçiriləcək və on ay müddətində davam edəcək. İşlərin son təhvil müddəti – hər ayın 15-i və ayın sonuncu günüdür. Birinci yerin qalibi 150 manat, ikinci yerin qalibi 100 manat, üçüncü yerin qalibi 50 manat müqabilində mükafatlandırılacaqlar.
«Media forum»