Yaqub Mahmudov “Əzizbəyov” metrosunun adının dəyişdirilməsini istəyir

“Məşədi Əzizbəyov Salyan və Biləsuvarda qırğınlar törədən cəza dəstələrinə başçılıq edib”

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov 26 Bakı komissarları ilə bağlı qoyulan heykəllərin götürülməsinin, küçə adlarının dəyişdirilməsinin düzgün addım olduğunu bildirib.

Lent.az-ın verdiyi məlumata görə, Yaqub Mahmudov bunu bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

Yaqub Mahmudov deyib ki, həmin komissarların içərisindəki yeganə azərbaycanlı Məşədi Əzizbəyov da azərbaycanlılara qarşı törədilən qırğınlarda iştirak edib: “Təəssüf ki, Məşədi Əzizbəyov Nəriman Nərimanov kimi buna etirazını bildirməyib. Əksinə, Məşədi Əzizbəyov Salyan və Biləsuvarda qırğınlar törədən cəza dəstələrinə başçılıq edib”.

Tarix İnstitutunun direktoru yaxın gələcəkdə Əzizbəyov metrosunun da adının dəyişdiriləcəyinə inandığını da bildirib.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO