Modern.az xəbər verir ki, “Yandex” şirkəti tərcümə servisinə 14 dil, o cümlədən Azərbaycan dilini əlavə edib. Artıq “Yandex”in tərcümə servisində Azərbaycan, eston, latış, yunan, slovak, sloven, alban, katalon, Makedoniya, fin, macar, Norveç və digər dillər əlavə olunub.
Beləliklə, “Yandex.Tərcümə” servisi 33 dildə tərcümə emalı apara bilər və onlardan istənilən dilə və istənilən dildən bu dillərə tərcümə edə bilər.
Ekspertlərin sözlərinə görə, onlayn tərcüməçidə təkcə irland, island və gürcü dilləri yoxdur və bu dillər də yaxın gələcəkdə əlavə ediləcək.
Xatırladaq ki, “Yandex.Tərcümə” – sözlərin, söz birləşmələrinin, bütöv mətnlərin, həmçinin veb-səhifələrin avtomatik tərcümə servisidir. Servis “Yandex”də yaradılan maşın tərcüməsi texnologiyasını istifadə edir. Servis iki rejimdə (mətnin və veb-səhifənin tərcüməsi) işləyir.