“Xəzər” telekanalında yayımlanan “Xeyir körpüsü” verilişinin aparıcısı Hacı Nuran Hüseynova dəstək üçün xeyriyyə konserti keçiriləcək. Modern.az xəbər verir ki, konsertin təşkilatçısı “SOS Uşaq kəndləri Azərbaycan Assosiasiyasının” ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi İlhamiyyə Rzadır.
İ.Rzanın verdiyi məlumata görə, konsert dekabrın 1-də Baku Caz Mərkəzində baş tutacaq. Konsertdə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə, Samirə, Miri Yusif, Emil Əfrasiyab, Elşad Xose, “Rast” qrupu, “Natiq ritm qrupu”, Elçin Şirinov, İsfar Sarabski və Elnur Hüseynov çıxış edəcək.
Qeyd edək ki, Hacı Nuranın uzun müddətdir ki, səhhətində ciddi problemlər yaranıb və hazırda Filippində müalicəsini davam etdirir.
Xatırladaq ki, “Xeyir körpüsü” verilişi artıq uzun müddətdir “Xəzər” telekanalında yayımlanır. Bu veriliş vasitəsilə bir çox xəstə, köməyə ehtiyacı olan insanlara ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən yardım göstərilib, müalicələri təşkil olunub.