Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında həqiqətin çatdırılması məqsədilə xarici kütləvi informasiya vasitələri, teleradiokanallar və İnternet şəbəkələrində qanlı divana həsr olunmuş materialların yerləşdirilməsi, səfirliklər, Azərbaycanın xarici ölkələrdəki nümayəndəlikləri və diaspora təşkilatlarında mərasimlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, ölkə teleradiokanalları və kütləvi informasiya vasitələrində Xocalı soyqırımı ilə bağlı materiallar təqdim olunacaq, müəssisə və təşkilatlar, sərgi salonları, orta və ali təhsil ocaqlarında tədbirlər təşkil olunacaq və milli azadlıq uğrunda mübarizəyə dair sənədli və bədii filmlər göstəriləcək.

Day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO