Almaniyanın Bavariya əyalətində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsi istisna olunmur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sözügedən yanğın hadisəsini Trend-ə şərh edərkən bildirib.
H.Hacıyev Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində avqustun 21-də yanğın hadisəsinin baş verməsi ilə əlaqədar bildirib ki, Almaniyanın Bavariya əyalətinin rəsmilərinin də qeyd etdiyi kimi, bu yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsinin istisna olunmadığını nəzərə alaraq istintaqın obyektiv və müfəssəl şəkildə aparılacağına və təqsirkar bilinən şəxslərin qanun qarşısında layiqli cəzalarını alacaqlarına ümid edirik.