XİN əcnəbi jurnalistlərə işğal altındakı ərazilərimizə getməyə icazə verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “Nyu-York Times” qəzetinin əməkdaşlarının ölkəmizin işğal olunmuş ərazilərinə səfərini şərh edib.

 XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunlarına riayət edərək, “Nyu-York Times” qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edilib.

““Nyu-York Times” tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün “Nyu-York Times” əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO