Belarus müxalifətinin məşhur internet nəşri olan “Xartiya 97” saytı güclü DDoS hücumuna məruz qalaraq bloklaşdırılıb.
Sayta hücum iyunun 8-də günorta çağı baş verib. Saytın texniki heyətinin səyi nəticəsində sayt müvəqqəti fəaliyyət göstərib. İyunun 9-na keçən gecə isə sayta hücumun forması dəyişərək daha güclü şəkil alıb. Nəticədə, məlumat verildiyi kimi, ” hostinq – provayder faktiki olaraq serveri söndürməli olub”.
Əvvəllər də sözügedən internet-resurs dəfələrlə DDoS hücumuna məruz qalıb. “Xartiya 97”-nin mətbuat mərkəzinin fikrinə görə, sayta bu dəfəki hücumun arxasında Belarus hakimiyyəti durur.
Mənbənin bildirdiyinə görə, hakimiyyətin bu saytdan narazılığının kökündə Belarusla Rusiya arasında gedən “ticarət müharibəsi”, həmçinin Belarusdakı siyasi məhbuslar haqqında mövzuların saytda yer alması durur.
Xəbər yayılan vaxt “Xartiya 97” saytı açıq idi, lakin sonuncu məlumatın tarixi 8 iyun göstərilmişdir.
www.lenizdat.ru