Xalq Yazıçısı Anarın “Vahimə” və “Qırmızı limuzin” hekayələri bu il Daşkənddə “Jahon ədəbiyyatı” jurnalında dərc edilib. Hekayələri özbək dilinə Rüstəm Cabbarov çevirib. Ötən illərdə Anarın bir neçə hekayəsi və povesti də Özbəkistanın ədəbi jurnallarında işıq üzü görüb, “Ağ liman” povesti və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı iki ayrıca kitab şəklində Daşkənddə nəşr olunub.
Özbək bəstəkarı Kələntərov yazıçının “Zəncir” hekayəsi əsasında musiqili komediya bəstələyib və əsər Mükimi adına Dövlət Teatrında uğurla tamaşaya qoyulub.