Vüqar Səfərli jurnalistlərə tikilən evin hazır olacağı vaxtı açıqlayıb

İyunun 11–də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fond və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yerli icra Hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib. Tədbirdə Nizami rayon ictimaiyyətinin nümayəndələri və 30 yaxın tanınmış kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov tədbir iştirakçılarına konfransın mahiyyəti barədə məlumat verib. Bu cür tədbirlərin ənənə halını aldığını söyləyən icra başçısı artıq ötən il rayonda belə bir konfransın keçirildiyini diqqətə çatdırıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondun (KIVDF) icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun fəaliyyətindən söz açaraq bildirib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr icra edib
Ölkədə 5 minə yaxın KİV-in qeydiyyatdan keçdiyini deyən Səfərli

bildirib ki, hazırda Azərbaycanda 300-ə yaxın dövrü mətbuat dərc olunur ki, onlardan da 30 yaxını gündəlik çap edilən qəzetlərdi.

V.Səfərlinin sözlərinə görə, Fond təsis olunduğu gündən müstəqil qəzetlərə maliyyə yardımı etməyə başlayıb və bu yardım hər il artan teplə davam edir.
Sonda Dövlət başçısının jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırması istiqamətində verdiyi sərəncamı xatırladan icraçı direktor bu sahədə də işlərin uğurla davam etdiyini və jurnalistlər üçün tikilməkdə olan binanın gələn il istifadəyə veriləcəyini deyib.

Nizami Rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov öz növbəsində Fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, rəhbərlik etdiyi rayon Bakının ən gənc rayonudur. Onun sözlərinə görə, ərazisi 19,6 min kvadrat metr olan rayonda son illərdə bir sıra sənaye müəssisələri yaradılıb. Eyni zamanda son illər aparılan işlərin nəticəsi olaraq rayonda bəzi problemləri aradan qaldırmaq mümkün olub. Su-kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Rayon əhalisinin qaz və elektrik təchizatı xeyli yaxşılaşdırılıb. Poçt və rabitə xidməti sahəsində demək olar ki, problemlər aradan qaldırılıb. Səhiyyə və Təhsil sahəsində də xeyli irəliləyişlər mövcuddur. Rayon ərazisində tıxacların aradan qaldırılması, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlər görülür. Hazırda rayon ərazisindəki, parklarda abadlaşdırılması işləri aparılır.

Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirildi. “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid və digər iştirakçılar etdikləri çıxışlarda icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Fondun icraçı direktoru Vüqar Səfərli Fondun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında “Nizami rayonunun sosial-iqtisadi inkişafı: mövcud vəziyyət və prespektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO