Vışeqrad Qrupu: Aİ-nin bəzi təsisatları tərəfindən Azərbaycanla bağlı qəbul edilmiş sənədlər təəssüf doğurur

Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfov Vışeqrad Qrupunun (Çex Respublikası, Polşa, Macarıstan və Slovakiya) siyasi direktorlarından ibarət olan nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, X.Xələfov qonaqları salamlayaraq, ikitərəfli əsasda olan görüslərin davamı kimi üzv dövlətlərdə Vışeqrad Qrupu formatında keçirilən görüslərin maraqla qarsılandığını nəzərə çatdırıb.

Nazir müavini Vışeqrad Qrupunun Avropa İttifaqı çərçivəsində mühüm rola malik olduğunu qeyd edərək, maraqlı təşəbbüslərlə çıxış etdiyini deyib. Bu xüsusda, Şərq Tərəfdaşlığı təşəbbüsünün də Vışeqrad Qrupuna aid oldugunu xatırladıb.

X.Xələfov bu qrupa daxil olan ölkələrin öz aralarında əməkdaşlıq və dialoq təcrübəsinin Azərbaycan tərəfindən də maraqla izlənildiyini qeyd edərək, Vışeqrad Qrupu formatının fərdi əsasda hər bir üzv dövlət ilə əlaqələrin inkişafina töhfə verdiyini vurgulayıb.

O qeyd edib ki, Avropa İttifaqı bir çox regional və beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etmək qabiliyyətinə malik bir qurumdur və bu baxımdan Avropa İttifaqı çərçivəsində Vışeqrad Qrupunun təşəbbüsləri vacib əhəmiyyət kəsb edir.

X.Xələfov Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ikitərəfli münasibətlərinin inkişafından danışaraq, bir sıra dövlətlərlə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini diqqətə çatdırdı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən X.Xələfov bu əməkdaşlığın ugurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Vışeqrad Qrupunun nümayəndə heyəti tərəfindən Qrup çərçivəsində əməkdaşlıq və qarşıda duran layihələr haqqinda məlumat verilib. Qrup çərçivəsində əməkdaşlıq və əlaqələndirmənin 25 ilə yaxin dövr ərzində ugurla davam etdirildiyi qeyd olunaraq, əlaqələrin dövlət və hökumət basçıları və sahəvi isçi qruplari səviyyəaində aparıldığı bildirilib.

Heyət üzvləri Azərbaycanı yaxın tərəfdaş və dost ölkə kimi qəbul etdiklərini deyərək Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan üçün nə dərəcədə həssas və ağrılı olduğunu anladıqlarını və münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Vıseqrad Qrupu ölkələrinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən qonaqlar, ölkəmizdən müsbət təəssüratla ayrıldıqlarını, Azərbaycanın mövqeyini və həssaslıqlarını anladıqlarını və bu mövqeyi Brüsseldə ifadə etmək üçün maksimum səy göstərəcəklərini qeyd ediblər. Avropa İttifaqının bəzi təsisatları tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlərin təəssüf doğurduğunu qeyd edərək, strateji baxımdan mühüm regionda yerləşən Azərbaycan ilə əlaqələrin inkişafına ümidvar olduqlarını bildiriblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO