Virtual informasiya məkanının genişlənməsi informasiya mühitinin pozulmasına mənfi təsir göstərir – PA rəsmisi

“Virtual informasiya məkanının genişlənməsi baxımından hər bir ölkə və xalq üçün öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, vətəndaşın fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun reallaşması üçün əlverişli şərait yaradır.”

SalamNews xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev “Yeni media və yeni çağırışlar” mövzusunda keçirilən konfransda bildirib.

O deyib ki, virtual informasiya məkanının genişlənməsi milli informasiya mühitinin pozulmasına və milli dəyərlər sisteminin mənfi təsirlərə məruz qoyur: “Bu, həm də xarici dairələr tərəfindən yerli ictimai rəyin və siyasi proseslərin məqsədli şəkildə yönəldilməsinə, o cümlədən cəmiyyətin həyatına kənar müdaxilələrə yol açır. Qlobal informasiya mühitinin mənfi və müsbət təzahürləri həm də dövlətin informasiya siyasəti, cəmiyyətin informasiya təhlükəsizliyi məsələlərinin aktuallaşdırır. Müasir dövrün yeni çağırışları çərçivəsində kütləvi informasiya vasitələrinin, xüsusilə də yeni medianın fəaliyyətinini müntəzən şəkildə diqqət mərkəzində saxlamağı zəruru edir.”

– See more at: http://salamnews.org/az/news/read/127979#sthash.jzSpxZrx.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO