Valideynləri döyülən, evi sökülən jurnalistə qarşı polisdə araşdırma aparılır

Sentyabrın 9-da Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən evi sökülən və ailəsi fiziki təzyiqlərə məruz qalan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov Modern.az-a deyib ki, hazırda məsələ ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində araşdırma aparılır.

“Evimizə olan basqın və valideynlərimlə qardaşımın döyülməsilə bağlı 40-ci bölmədə istintaq gedir. Eyni zamanda 21-ci bölmədə qardaşlarıma qarşı araşdırma aparılır, 29-cu bölmədə mənimlə bağlı. Guya biz də ARDN əməkdaşlarına müqavimət göstərmişik”.

İ.Abbasovun sözlərinə görə, sentyabrın 9-da ağır fiziki xəsarət alan anası və qardaşı hazırda özəl xəstəxalaraın birində müalicə olunur. Atası isə hələki 4 saylı şəhər xəstəxanasında bu həftənin sonunadək müalicə alacaq. Jurnalist deyir ki, ötən gecə onun anasının vəziyyəti bir qədər ağırlaşıb.

Dövlət Neft Şirkətinin bir qrup əməkdaşı jurnalistin Sulutəpə qəsəbəsindəki evinə gəliblər, evi uçurub, həmin vaxt orada olan valideynlərinə və qardaşına xəsarət yetiriblər.

İ.Abbasovun sözlərinə görə, gələnlərin əlində evin sökülməsinə dair heç bir məhkəmə qərarı olmayıb. Onlar ekskavatorlar vasitəsilə hasarı dağıdıb həyətə giriblər.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO