“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi 01.09.2015-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsinin icrasına başlamışdır. Layihə çərçivəsində 19 oktyabr 2015-ci il saat 11:00 tarixində mini-futbol üzrə ənənəvi “Dostluq turnirinin” nin açılış mərasimi həyata keçirilmişdir. Mərasimdə ‘‘Təhsil” Respublika İdman Mərkəzinin əməkdaşları, Xəzər rayonu Gənclər idman idarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon idman məktəbinin direktoru Mərdan Quliyev, yarış iştirakçıları, iştirakçı məktəblərin idman müəllimləri, layihə rəhbəri, layihənin sosial işçisi və eksperti iştirak etmişdir. Açılışın əvvəlində dövlət himninin səslənməsindən sonra yarışlara start verilmişdir. “Dostluq turniri”nin ilk 3 günündə “A” və “B” qrupları üzrə hər gün 8 komanda olmaqla 4 oyun keçirilir. Yarışlarda Bakı şəhər 130, 183, 230, 237 nömrəli orta ümumtəhsil və 1, 2, 11 və 12 nömrəli internat məktəblərinin 7-10-cu sinfində oxuyan oğlanlardan ibarət komandalar iştirak edir. Yarımfinal və final oyunlarının keçirilməsi növbəti həftənin əvvəlində planlaşdırılır.