Umud Rəhimoğlu Vyanada BMİ-nin İdarə Heyətinin iclasında iştirak edib

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu Avstriyanın paytaxtı Vyanada qlobal media şəbəkəsi olan BMİ-nin İdarə Heyətinin iclasında iştirak edib.

SalamNews-un məlumatına ghörə, BMİ-nin İdarə Heyətinin bu ilki iclası gərgin və səmərəli əməkdaşlıq çərçivəsində keçib. İdarə Heyətinin toplantısı zamanı, mətbuat azadlığı istiqamətində 2013-cü ildə əldə olunmuş nailiyyətlər, BMİ-yə üzvlüklə bağlı strateji sənəd, BMİ-nin 2014-cü il üçün media azadlığı strategiyası və prioritetləri, BMİ-nin 2014-cü il dünya konqresi, innovativ xəbər platforması və digər məsələlər müzakirə mövzusu olunub. Mətbuatının vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycan Milli Komitəsinin fəaliyyəti xüsusi qeyd edilib.

Tədbir zamanı Azərbaycanda medianın vəziyyəti ilə bağlı BMİ-nin Norveç Milli Komitəsinin BMİ İdarə Heyətinə ünvanladığı, Azərbaycanda azad medianın təzyiq altında olması qeyd edilən, 2013-cü ilin iyun bəyanatına münasibət bildirən U.Rəhimoğlu bununla bağlı qurumun rəhbəri Tom Hetlandla konstruktiv müzakirələr aparıb.

– See more at: http://salamnews.org/az/news/read/99982#sthash.4B1bNcvs.dpuf

Suero tv

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO