Ukrayna milli qvardiyası “Zvezda” jurnalistlərini Təhlükəsizlik Xidmətinə təhvil verib

Ukraynanın şərqində ötən cümə günü “Zvezda” telekanalının blokpostlar barədə məlumat toplamaqda şübhəli bilinərək saxlanılan iki jurnalisti ölkə Təhlükəsizlik Xidmətinə təhvil verilib.

SalamNews-un “Interfax.ru” saytına istinadla verdiyi xəbərə görə, bu barədə Ukrayna milli qvardiyasının saytında məlumat yerləşdirilib.

”Milli qvardiyanın hərbi qulluqçuları ötən gün terrorçulara qarşı əməliyyatların keçirildiyi ərazidəki blokpostlardan birinin yaxınlığında Rusiyanın müşahidə və blokpostdakı xidmətin təşkili barədə məlumat toplamaqda şübhəli bilinən “Zvezda” qəzetinin üzərində “Donetsk Xalq Respublikası”nda qeydiyyatdan keçməsinə dair sənəd olan iki jurnalisti saxlanılıb. Saxlanılan şəxslər vəziyyətin aydınlaşdırılması və onların blokpost yaxınlığına gəlmələrinin məqsədinin müəyyənləşdirilməsi üçün Ukrayna Təhlükəsizlik Xidmətinə təhvil verilib.”, – məlumatda deyilir.

– See more at: http://salamnews.org/az/news/read/129680#sthash.bCakLXK2.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO