Sentyabrın 8-dən Bakıda öz işinə başlayacaq Ümumdünya Gömrük Təşkilatının (ÜGT)10-cu beynəlxalq PICARD – “Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı” konfransı zamanı dünyada gömrük işlərinin inkişaf yolları nəzərdən keçiriləcək.
Trend-in məlumatına əsasən, bu barədə ÜGT-nin baş katibi Kunio Mikuriya ilə görüşü çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGT) rəhbəri Aydın Əliyev deyib.
O bildirib ki, konfransda 53 ölkədən 200-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Həmçinin tədbirdə 20-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.