Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları tərəfindən, qrafikə uyğun olaraq respublika ərazisində radiomonitorinq işləri aparılır. Bu dəfə mütəxəssislər ölkənin cənub bölgələrində TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə radiomonitorinq keçiriblər. Görülən işlər zamanı TV və FM kanallarının yayım keyfiyyəti yoxlanılır, TV stansiyalarda istismar olunan vericilərə texniki baxış keçirilir.