Türkiyədə azərbaycanlı alimin kitabı çıxacaq

Türkiyənin Sakarya şəhərində III Beynəlxalq Tarix Təhsili Simpoziumu keçirilib.  Türkiyənin Sakarya Universiteti və Sakarya Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi beynəlxalq tədbirə xarici ölkələrin 40-dan çox ali məktəbin alimləri qatılıb. 

İyunun 25-dən 27-dək davam edən simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov da iştirak edib. 

Faiq Ələkbərov tədbirdə “Yeni türk tarixinin fəlsəfi əsasları” adlı məruzəsi ilə çıxış edib. O, məruzəsində yeni türk tarixinin fəlsəfi əsaslarının formalaşmasında alimlərin rolundan danışıb. Bildirib ki, türk tarixi yenidən qiymətləndirilməli, vahid türk millətinin tarixi yazılmalı, türk mədəniyyəti və türk sivilizasiyası Qərb və Şərq mədəniyyətinə və sivilizasiyasına alternativ olaraq irəli sürülməli, türk dövlətlərinin tarixi, türk tarixi fəlsəfəsi, türk fəlsəfəsinin tədrisi zəruri olmalıdır. 

27 iyunda isə Konyada “Ahde-Vefa” Turan birliyi təşkilatinin təşkil etdyi konfransda “Türk Dünyasinin problemleri” mövzusunda çixiş edən azərbaycanlı alimin kitabının imza törəni də baş tutub. 
F.Ələkbərovun bu yaxınlarda Türkiyədə  “M.Ə.Rəsulzadənin dünyaförüşü” kitabinı çap edəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO