TRT-nin baş direktoru İbrahim Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Prezident Administrasiyasının dəvətilə Bakıya səfər edəcək.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun dəvəti əsasında həyata keçiriləcək səfər 3 gün davam edəcək.
İbrahim Şahin səfər çərçivəsində Azərbaycanın dövlət və özəl televiziyasının rəhbərləri, Milli Teleradio Şurasının sədri, KİVDF-nun icraçı direktoru ilə görüşəcək.
Rabitə və texnologiyalar naziri Əli Abbasovla da görüşü planlaşdırılan İbrahim Şahinin prezident İlham Əliyev tərəfindən də qəbul edilməsi gözlənilir.
TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan səfər çərçivəsində iki ölkənin televiziya və media sektorunda əməkdaşlıq və bu əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağını söyləyib.
Aprelin 29-da başlayan səfər mayın 2-nədək davam edəcək.
Modern.az