TRT kanalı ADR-in 95 illiyi münasibəti ilə Bakıdan canlı proqram yayımlayacaq

Şərqin ilk Demokratik Respublikasının (ADR) yaradılmasının 95 illiyi münasibətilə TRT Türkvə Mədəniyyət kanalı “Doğudan Batıya” paytaxt Bakıdan canlı yayımlanacaq.

TRT Bakı Təmsilçisi Yüksel Değercanın SalamNews verdiyi məlumata görə, kanal vasitəsilə Azərbaycanın mədəniyyəti və musiqisi 90 dəqiqə boyunca bütün dünyada izlənəcək.

Proqramda rejissor Yeşim Kazaoğlu, aparıcısı Erhan Konuk, Azərbaycanın məşhur balaban sənətçisi Əlixan Səmədov, Brilyant Dadaşova, İlqar Muradov və Samir Cəfərov iştirak edəcəklər. Azərbaycanın məşhur sənətçilərinin iştirakı ilə mayın 28-də saat 18.30-da Park Bulvar Ticarət Mərkəzində imza günü keçiriləcək.

“Doğudan Batıya” proqramı mayın 28-də Bakı vaxtı ilə saatı 00:30 da TRT Türk və Mədəniyyət kanalında ortaq yayımlanacaq.

Bununla yanaşı, “Zengin Kız Fakir Oğlan” serialının çəkim qrupu və aktyorları da həmin gün Bakıya gələcəklər.

– See more at: http://az.salamnews.org/az/news/read/76400/trt-kanali-adr-in-95-illiyi–muumlnasibeti-ile-bakidan-canli-proqram-yayimlayacaq/#sthash.8S2SOQjS.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO