“TRT Haber ” Azərbaycandan veriliş hazırlayacaq

TRT Haber kanalının ən çox seyredilən proqramlarından olan “Ufuk Cizgisi” proqraminin cəkilis qrupu Azərbaycana gəlir.
TRT Baki Təmsilcisi Yüksəl Dəgərcanın 525.az-a verdiyi məlumata görə TRT- nin ən təcrübəli proqram rejissorlarindan biri olan Halik Koç və çəkilis qrupu 14-21 Mart tarixləri arasinda Bakiya gələcəklər.
Keçən həftə TRT Habər kanalında Xocalı qətliamını və Qafqazdakı gərginliyi ekranlara gətirən Haluk Koç Azərbaycan haqqında proqramlar hazırlayacaq. Ermənilər tərəfindən qəddarlıqla öldürülən Azərbaycan Türklərinin Qubadakı kütləvi məzarlığında, cəbhə xəttində elecə də 31 Mart soyqırımı haqqında proqramlar hazırlamaq planlasdırılır. Proqramlarda Azərbaycan iqtisadiyyatının inkişafı, Xəzər neft ve qaz sektorundakı Türkiyə-Azərbaycan işbirliyi, eləcə də Qarabağ problemi və qondarma erməni iddiaları da isiqlandırılacaq.

Halik Koçun rəhbərliyi altında ərsəyə gelen proqram 20 Mart’ da Bakıdan canlı yayımlanacaq. Proqrama Azərbaycandan qonaqlar dəvət ediləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO