Bir neçə gün əvvəl Baxarden şəhərindəki evində saxlanılan Durdımuradova qarşı hər hansı ittihamların irəli sürülüb-sürülmədiyi məlum deyil. Təhsil məsələləri ilə məşğul olan jurnalist həmçinin Türkmənistanda konstitutsiya islahatının hazırlıq mərhələsini işıqlandırırdı. Azadlıq Radiosunun prezidenti Ceffri Qedmin baş verənləri «dəhşətli hadisə» adlandırıb. «Türkmənistan prezidentinin Avropa Birliyi ilə insan hüquqlarını müzakirə etdiyi bir vaxtda onun agentləri jurnalistə işgəncə verir», – deyə, o qeyd edib.
Mənbə: lenta.ru