Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Həbib Kaya “525 -ci qəzet” və Modern.az saytında olub. Hər iki görüşdə fikir mübadiləsi aparılıb.
Həbib Kaya iki ölkə mətbuatı arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb: “Ziyarətimin əsas səbəbi Azərbaycan mediası ilə sıx əlaqə qurmaqdır. “525 -ci qəzet” və Modern.az saytının Azərbaycan mediasında xüsusi yeri var”.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu istiqamətdə ciddi işlərin getdiyini, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və Parlament Jurnalistləri Birliyinin böyük səylər göstərdiyini qeyd edib.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı isə rəhbəri olduğu Parlament Jurnalistləri Birliyinin Türkiyə jurnalistləri ilə əlaqələri bundan sonra da inkişaf etdirəcəklərini bildirib.