«Bu günə kimi biz qardaş ölkənin maraqlarına zidd siyasət kursu həyata keçirməmişik və bundan sonra da bunu etməyəcəyik», – deyə, baş nazir bildirib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildən kəsilmişdir. Buna səbəb «ermənilərin soyqırımı» və Azərbaycan ərazilərinin 20%-in işğalı ilə bağlı İrəvanın Türkiyəyə qarşı apardığı kampaniyadır. 2008-ci ildə Azərbaycanın Türkiyə ilə əmtəə dövriyyəsi 1433.5 milyon ABŞ dolları təşkil etmişdir.
trend.news