““Trend Life” xəbər portalının fəaliyyətini dayandırması barədə yayılan xəbərlər əsassızdır”.
Bunu “Qafqazinfo”ya “Trend Life”nin şöbə müdiri Cəmilə Ocaqova deyib. C. Ocaqova əlavə edib ki, “Trend Life” da daxili struktur dəyişiklikləri aparılıb, bəzi şöbələr yaradılıb: “Əksinə, portalın fəaliyyətini genişləndirməyi düşünürük. Sayt həmişəki qaydada fəaliyyət göstərir, xəbərlərimiz gedir. Bağlanması barədə xəbərlər əsassızdır”.
Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, daha çox əyləncəli portal kimi yaradılan “Trend Life”in bundan sonra ciddi sayt kimi fəaliyyətini davam etdirəcəyi gözlənilir. Hətta portalın adındakı “Life” sözü də başqa sözlə əvəz olunacaq. Saytın şou-biznes xəbərləri yazan müxbirlərinin rəhbərliyin təklifi ilə “Trend” İnformasiya Agentliyinin strukturunda olan “Milli.az” saytında fəaliyyətini davam etdirməsi də deyilənləri təsdiqləyir.