TQDK Mətbuat Şurasının müraciəti ilə bağlı müzakirələri davam etdirir

Azərbaycan Mətbuat Şurasının (AMŞ) Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) “Jurnalistika” ixtisasına qəbulda bakalavriat səviyyəsi üzrə qabiliyyət imtahanının tətbiq edilməsi ilə bağlı müraciəti olub.

TQDK-dan bu münasibətlə SalamNews-a bildirilib ki, Dövlət Komissiyasında bu qurumun və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin görüşü keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Aparılan müzakirələrin nəticəsi olaraq TQDK tərəfindən 2014-cü il üçün “Jurnalistika” ixtisası üzrə bakalavriat və magistratura səviyyələrinə qəbulda qabiliyyət imtahanları prosedurları haqqında təkliflər hazırlanaraq AMŞ-yə göndərilib, qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı həmin qurumun rəy bildirməsi, bu istiqamətdə dəqiq hədəflərin, məqsəd və perspektivlərin müəyyənləşdirilməsinin, konkret qiymətləndirmə meyarlarının və digər zəruri amillərin birgə işlənib hazırlanmasının vacibliyi vurğulanıb.

Qabiliyyət imtahanları ilə bağlı təkliflərin ətraflı müzakirəsi üçün Şurada yaradılmış işçi qrupunun üzvləri ilə TQDK-da növbəti görüş martın 4-də keçiriləcək.

– See more at: http://salamnews.org/az/news/read/115435#sthash.On6CsWSy.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO