“The Korea Post ” qəzetində “İnsanlıq Əleyhinə Cinayət-Xocalı soyqırımı ” başlıqlı məqalə dərc olunub

Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən verilmiş məlumata əsasən, Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar səfirliyin hazırladığı “İnsanlıq əleyhinə cinayət-Xocalı soyqırımı” başlıqlı məqalə bu ölkənin nüfuzlu “The Korea Post” qəzetində dərc edilib.

SalamNews xəbər verir ki, məqalədə Xocalı soyqırımının baş verdiyi şərait, faciə nəticəsində yüzlərlə günahsız azərbaycanlının qətlə yetirilməsi və bunun ötən əsrdə insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biri olduğu vurğulanıb. Məqalədə həmçinin, Ermənistanın ölkəmizə qarşı təcavüzü və işğalın doğurduğu nəticələr haqqında bəhs edilib. Günahsız azərbaycanlılara qarşı bu misli görülməmiş cinayəti törədənlərin hələ də cəzasız qaldığı və onların məhkəmə qarşısında cavab verməli olduqları söylənilib.

Məqalədə Xocalıda baş verənlər haqqında beynəlxalq ictimaiyyətin dolğun məlumatlandırılması və cinayətə layiqli qiymətin verilməsi üçün “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının həyata keçirildiyi haqda məlumat verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO