ABŞ-ın xarici siyasətini dəstəkləyə biləcək ölkələrdən biri olan Azərbaycan Prezident Barak Obama administrasiyasının zəifliyi, eləcə də razılaşdırılmış xarici siyasətinin olmaması və məsuliyyətsiz hərəkətləri ilə üzləşir. Bu barədə Trend ABŞ-ın “The Daily Caller” nəşrinə istinadən məlumat verir.
Rusiyanın Qərb sanksiyalarının təsiri altında güclənən təcrid şəraitində yaşadığı dövrdə Ermənistan rəhbərliyi Moskva ilə əməkdaşlığın, xarici və iqtisadi siyasətin əlaqələndirilməsinin möhkəmləndirilməsinə sadiqliyini açıq şəkildə təsdiq etdi.
Nəşr yazır ki, Azərbaycan Avropanın Rusiya enerjisindən asılılığını zəiflətməyə hesablanmış müxtəlif enerji layihələrinin reallaşdırılması yolu ilə bir sıra Avropa ölkələri ilə daha sıx ikitərəfli əlqələrin qurulmasına çalışır.
Məqalədə deyilir ki, Azərbaycan qonşuları və müttəfiqləri, o cümlədən İsrail və Türkiyə, eləcə də bir çox Avropa ölkələri ilə sıx əlaqələrin qurulmasına can atır.