“Kanal D”nin “Xəbərlər” verilişinin əməkdaşları Harun Bayhan ölüb, Yasəmin Doğan yaralanıb
Türkiyənin məşhur “Kanal D” telekanalının əməkdaşları avtomobil qəzasına uğrayıb. ANS PRESS-in CNN Türk-ə istinadən verdiyi məlumata görə, ötən gün “Kanal D”nin “Xəbərlər” verilişinin Ankara bölməsinin əməkdaşları Harun Bayhan və Yasəmin Doğanın olduğu avtomobil qəzaya uğrayıb.
Onlar i“Xəbərlər” verilişi bitdikdən sonra Harun Bayhanın idarə etdiyi avtomobillə evlərinə gedirmiş. Onların olduğu avtomobil qarşıda gələn, sərxoş halda maşın idarə edən Onur Koyuncunun avtomobilə ilə toqquşub.
Qəza nəticəsində Harun Bayhan hadisə yerində ölüb, Yasəmin Doğan isə ağır yaralanıb. O ağır vəziyyətdə Gazi Universiteti Xəstəxanasına yerləşdirilib. Qəzada həlak olan 46 yaşlı Bayhan 1 uşaq atası idi.