Telejurnalist Hacı Nuran Avstriyada müalicə olunur

Xəbər verdiyimiz kimi “Xəzər” telekanalında yayımlanan “Xeyir körpüsü” verilişinin aparıcısı Hacı Nuran Hüseynovun səhhətində ciddi problemlər yaranıb. Telejurnalistin harada müalicə olunması ilə maraqlandıq.
“Xəzər” TV-nin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Məryəm Qulamova Modern.az-a açıqlamasında bildirdi ki, Hacı Nuran hal-hazırda Avstriyada öz müalicəsini davam etdirir və vəziyyəti normaldır.

“Sadəcə olaraq müalicəsinin nə vaxt bitəcəyi dəqiq deyil. Həkimlər deyib ki, məsələnin nə yerdə olduğu, bir aydan sonra tam dəqiq müəyyən olunacaq. Hələ bilinmir ki, problem nədir və nə qədər müalicə olunacaq. Bu qısa müddət ərzində geri qayıdacağı gözlənilmir. Çünki müalicəsi davam edir”. Yayılan xəbərlərə görə, Hacı Nuranın “Vətənimdir Azərbaycan” və “Xeyir körpüsü” verilişlərini digər həmkarları aparacaq.

M.Qulamova bildirib ki, bu yalan məlumatdır və verilişlərin heç biri üçün başqa aparıcı nəzərdə tutulmayıb.

“Artıq yeni mövsümdən o verilişlərin yayımı tamamilə dayandırılıb. Yalnız özü müalicəsini tam bitirib vətənə və şirkətə işə dönəndən sonra o proqramları, ya da yeni bir layihələri aparacağı dəqiqləşdiriləcək”.

Qeyd edək ki, “Xeyir körpüsü” verilişi artıq uzun müddətdir “Xəzər” telekanalında yayımlanır. Bu veriliş vasitəsilə bir çox xəstə, köməyə ehtiyacı olan insanlara ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən yardım göstərilib, müalicələri təşkil olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO