“AzərTAc Azərbaycan dövlətçiliyinin təşəkkül tapmasında böyük rol oynanıb. Bu agentlik Azərbaycan xalqının müstəqillik haqqında arzularının carçısı olub”, – İqnatenko Gənc Tamaşaçılar Teatrında AzərTAc agentliyinin şərəfinə təşkil edilən tədbirdə deyib.
İqnatenkonun sözlərinə görə, AzərTAc agentliyi Azərbaycan 1990-cı illərdə müstəqillik əldə etdikdən sonra da aparıcı rol oynamaqda davam edir. AzərTAc-ın materiallarında ölkə tarixinin salnaməsi var.
İqnatenko AzərTAc-ın 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı cəbhədə baş vermiş hadisələrlə əhalini məlumatlandırması rolunu xüsusi olaraq qeyd edib.
“Bu gün Azərbaycan müstəqil, demokratik, kübar dövlət qurmaq yolu ilə gedir”, – İqnatenko deyib. Onun sözlərinə görə, AzərTAc hazırda ölkədə baş verən proseslərdə mühüm rol oynayır.
“AzərTAc Azərbaycan həyatı haqqında məlumat almaqda bütün dünya üçün mühüm mənbədir”, – o deyib.
İqnatenkonun sözlərinə görə, altı il əvvəl o və AzərTac-ın baş direktoru Aslan Aslanov əməkdaşlıq haqqında uzunmüddətli müavilə imzalayıblar.
“Mən fikirləşirəm ki, bu müqavilə nəinki uzunmüddətli, hətta əbədidir. Biz altı il əvvəl prezidentlərimizin Kremldə verdiyi vədə sadiq qaldıq”, – o deyib.
İqnatenkonun sözlərinə görə, bu gün azərbaycanlı jurnalistlərin səsi bütün dünyada eşidilir.
“2003-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev ölkədə rusdilli KİV-lərin forumunu keçirtməkdə yardım edib. O, rusdili və Rusiya KİV-ləri ilə əməkdaşlığın Azərbaycan üçün əhəmiyyətindən danışıb. Bu xeyir-dua AzərTAc agentliyi tərəfindən bu günə qədər səmərəli surətdə icra edilir”, – o deyib.
İqnatenko AzərTAc agentliyinin rəhbərinə yubiley münasibətilə Kremlin mənzərəsi təsvir olunan şəkil təqdim edib.