Dünən axşam saatlarında ürək tutmasından vəfat etmiş şair-publisist Tofiq Abdinlə vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərhumun evində keçirilən mərasimdə ziyalılar və ədəbiyyat xadimləri iştirak ediblər.
Vida mərasimindən sonra T. Abdin Buzovna qəbiristanlığında torpağa tapşırılılib.
Tanınmış şair-publisist Tofiq Abdin dünən axşam saatlarında dünyasını dəyişib.
Yazıçı Afaq Məsudun APA-ya verdiyi məlumata görə onun ölümünə səbəb ürək tutması olub.
Mərhumla vida mərasimi bu gün saat 14-00-da evində keçiriləcək.
Qeyd edək ki, Tofiq Abdin 1941-ci ildə Salyanın Qırmızıkənd kəndində anadan olub.
1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən “Qobustan” toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin “Orta doğu” və “Yeni Asiya” qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Tofiq Abdin uzun müddət “Ədalət” qəzetində də türk ədəbiyyatının təbliği ilə məşğul olub.
2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.
Uzun illər dövrü mətbuatda da müntəzəm çıxış edib.