Tanınmış jurnalist Zülfüqar Rüfətoğlu komaya düşüb. Bu barədə Kulis.az-a onun ailəsindən məlumat veriblər.
Şəkər xəstəliyindən əziyyət çəkən jurnalist hazırda Bakı özəl klinikalarının birində müalicə edilir.
1958-ci ildə doğulan Zülfüqar Rüfətoğlu 30 ildir ki, peşəkar jurnalist fəaliyyəti ilə məşğul olur. 1995-ci ildən isə BBC Azərbaycan xidmətində çalışır. O, tanınmış şair Rüfət Əhmədzadənin oğludur.
Zülfüqar Rüfətoğlu “Şirbalanın məhəbbəti” filminin ssenari müəllifidir.