Taciksitan və Azərbaycan alimləri “Şahnamə ” əsərinin tədqiqatını aparacaqlar

Taciksitan və Azərbaycan alimləri Əbülqasım Firdovsinin “Şahnamə” əsərinin əlyazma nümunəsinin müştərək tədqiqatını aparacaqlar.
Bu barədə SalamNews-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) akademik-katibi Kamal Abdullayev məlumat verib.
O bildirib ki, bu, olduqca ciddi məsələdir. Məhz buna görə, Tacikistanın Dil-Ədəbiyyat Şəqşünazlıq Əlyazmaları İnstitutu ilə Nizami Gəncəvi adına Milli Azərbaycan Muzeyi arasında Əbülqasım Firdovsinin “Şahnamə” əsərinin əlyazma nümunəsinin müştərək tədqiqi ilə bağlı müqavilə imzalanıb. İki ölkənin alimləri birgə səy göstərərək əlyazmanın tam şəkildə hazırlanmasına nail olacaqlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO