Tacikistan ölkədə yeganə Rusiya telekanalını söndürməklə hədələyib

Raxmonov deyib ki, Ümumrusiya Dövlət Teleradioyayım Komitəsinin texniki xidmətlərə görə Tacikistana 4,8 milyon rubl məbləğində borcu var. Bundan əlavə, komitə sədrinin sözlərinə görə, ölkədə enerji daşıyıcılarına olan tariflər artsa da, «RTR-Planeta» telekanalına xidmət köhnə qiymətlərlə aparılır. «İnterfaks» onun dediklərindən sitat gətirir ki, «Əgər borc yaxın vaxtlarda ödənməsə, RTR-in tezliyi yerli kanalların birinə veriləcək».

Agentlik qeyd edir ki, hazırda «RTR-Planeta» proqramları Tacikistan ərazisində birmetrlik diapazonda yayımlanan yeganə Rusiya telekanalıdır. Rusiyanın «ORT» telekanalının respublikada yayımı 1997-ci ildə dayandırılmışdır.

Lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO