Tağı İbrahimli “Azad Azərbaycan” Teleradio Şirkətinin baş direktoru vəzifəsindən kənarlaşdırılsa da o, bundan sonra da telekanalın təsisçisi missiyasını davam etdirəcək. Bu barədə ATV-dən Modern.az-a məlumat verilib. Bildirilib ki, uzun müddət ATV-yə rəhbərlik edən T.İbrahimlinin bundan sonra da telekanalın əsas təsisçisi olaraq şirkətlə əlaqəsi davam edəcək.
Qeyd edək ki, bu gündən etibarən “Azad Azərbaycan” Teleradio Şirkətinə jurnalist, filologiya elmləri namizədi Vüqar Qaradağlı rəhbərlik edəcək.
Xatırladaq ki, ATV kanalının əsas təsisçiləri Tağı İbrahimli və qardaşı, Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.