Tədbirə sözardı və ya dost xahişi…

“İyirminci yüzilin Ağdamı” kitabı geniş ictimaiyyətə təqdim olundu.  Fikrimcə,  teleməkanda öz möhürünü  vurmuş Vəsilə Vahidqızının təqdimatında tədbir  daha maraqlı  alınmışdı.

Yüz əlli nəfərdən artıq şəxsin qatıldığı tədbirə Çimnaz Əliyevanın dəvəti ilə gələnlərin sayı  əlli nəfərdən artıq idi. Ağdam RİH-in yeni təyin edilən  başçısı Raqub Məmmədovun şəxsi tapşırığı ilə gələnlərin sayı, o cümlədən QHT Şurasının üzvü, “Qarabağ”  QHT Koalisiyasinin sədri Vüqar Qədirovun təşəbbüsü ilə tədbirə kifayət qədər insan qatılmışdı. Əziz  dostum Fuad Babayevin və Hafiz Əliyevin  başının dəstəsi ilə gəlməsi isə mənə ayrı bir zövq verdi. Şəxsi dəvətimlə də gələnlər bir xeyli var idi…

Şahmar Əkbərzadə Ədəbi məclisinin təsisçisi və MHS Poliqrafin icraçı direktoru Vasif Qurbanzadənin  bu tədbirin təşkilində göstərdiyi diqqəti və dəstəyi  isə yüksək qiymətləndirirəm…

Beləliklə, tədbir alınmışdı…

Ağdamı canından artıq sevən Çimnaz Əliyevanın ürək yanğısı ilə etdiyi  çıxışı, tədbirin təşkilatçısı  olan AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyovun fikirlərini, millət vəkili Fazil Mustafanın tarixə ekskurs etməsini,  Sadıq Murtuzayevin Ağdama verdiyi dəyəri, Qənirə xanım Paşayevanın vətəndaşlıq mövqeyini, millət vəklləri Flora Qasımova və Bəxtiyar Əlieyin kövrək çıxışlarını, əziz qardaşım Rəşad Məcidin kitaba verdiyi dəyəri və həmişə təvazökarlığı ilə seçilən Mustafa Çəmənlinin Ağdam hayqırtısını hec vaxt unutmayacağam. Hörmətli dostlarım Ağalar Bayramov və Azad Şükürovun çıxışları isə iştirakçıları sanki xəyallardanda kerçəkliyə gətirdi…

Bütün bu məqamları unutmaga haqqım da yoxdur.  İki gündür o kövrək hisslərin təsiri altındadayam…

Amma tədbirlə ilgili bəzi məqamları da dostlarla bölüşməyi özümə borc bilirəm. 

Sual yarana bilər ki, kitab hansı məqsədlə satışa çıxarılmışdı?

AVCİYA-nın prezidenti, Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun dilindən eşitdiyim bir fikir məni bir növ  bu addımı atmaga məcbur etdi: “Sənə görə  bir manatından keçən şəxs, sabah canından da keçər”.

Bəli, məqsədimiz öyrənmək idi ki, görək doğma Qarabağa görə kim altı manatından keçəcək. Bu gün altı manatından keçənlər sabah o torpağın həqiqi sahibi olacaqlar, bəlkə də.

Həmdə sovet dövründə Ağdama avtobusla altı manata getmək olardı axı…

Avtobusa bilet alıb hec olmasa virtual olaraq Ağdama gedənlərin sayı 42 nəfər oldu. Ancaq bir nəfər doktor İnqliab Məmmədov on ədəd kitab alıb nəvə-nəticələrin paylayacağını söyləmişdi. Etiraf edim ki,  ilk cəhd üçün bu böyük rəqəm idi…

Bəli,  böyük rəqəmdir…

Amma çox  təəsüf edirəm ki, bəzi dostlarım, əgər belə demək mümkündürsə, təqdimata etinasız yanaşaraq özlərini o zövqdən mərhum etdilər. Tövsiyyəm odur k,i hec olmasa dərindən tanımadığım dostların “youtube” yerlədirdiyi roliklərə  baxsınlar. Baxsınlar və görsünlər ki, söhbət bir kimsədən yox, kitabdan və boyük Ağdamdan və Böyük Qarabağdan gedir…

İnanıram ki, söz verib gəlməyənlər, kitabı götürüb pulunu “Vüqar müəllim  verəcək” deyənlər, ofisdə oturub tədbirdən informasiya alanlar, ciddi tədbirə qeyd ciddi geyinənlər heç olmasa bundan sonra  böyük Qarabağ naminə belə səhvlərə yol verməyəcəklər…

Yazdıqlarımı isə sadəcə bir dost xahişi və iradı  kimi qəbul etməyinizi rica edirəm…

P.S.  Çıxış etmək istəyində olub, amma vaxt azlığından söz verilməyənlərdən isə dönə- dönə üzr istəyirəm…

P.S.S. Çalışdığım kollektivin bütün üzvlərinə, xüsusən Nəziməmməd Quliyevə və Elçin Salmanova bir daha minnətdarlığımı bildirirəm…

Sizlərə Qarabağlı günlər arzusuyla Vüqar Tofiqli     

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO