İsveçrənin nüfuzlu “Swiss Style” jurnalı Azərbaycan haqqında məqalə dərc edib

İsveçrənin nüfuzlu “Swiss Style” jurnalının Davosda keçirilən 41-ci Dünya İqtisadi Forumuna həsr olunmuş xüsusi buraxılışında Azərbaycan haqqında geniş məqalə dərc olunub.

SİA-nın xəbərinə görə, məqalədə ölkəmizdə gedən sürətli inkişaf prosesləri, müxtəlif sahələrdə həyata keçirilən uğurlu islahatlardan bəhs edilir. Bildirilir ki, Azərbaycan iqtisadi artım tempinə görə dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olaraq qalır. 2009-cu ildə Azərbaycan iqtisadiyyatı 9,3 faiz, ötən il isə 5 faiz artmışdır. Ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm işlər görülür, təhsil, səhiyyə, informasiya texnologiyaları, nəqliyyat sahələrində uğurlu islahatlar aparılır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan MDB ölkələri arasında birinci, makroiqtisadi sabitlik altindeksi üzrə isə 139 ölkə arasında 13-cü yeri tutmuşdur. Məqalədə xüsusi vurğulanır ki, Azərbaycanda əldə edilən bütün nailiyyətlər Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Məqalədə Azərbaycan rəhbərliyinin balanslaşdırılmış xarici siyasətinə xüsusi diqqət yetiririlir. Bildirilir ki, ötən ilin noyabrında Bakıda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşündə Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin bir araya gəlmələri ölkə rəhbərliyinin çoxşaxəli və balanslaşdırılmış siyasət yürütməsinin əyani sübutlarından biridir. Azərbaycan rəhbərliyinin Avropa ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verməsi də yüksək qiymətləndirilir.

Məqalədə bildirilir ki, vaxtilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti işləmiş İlham Əliyev kimi bir şəxsiyyətin Azərbaycana rəhbərlik etməsi bu ölkə üçün xoşbəxtlikdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO