Türkiyənin “Milliyyət” qəzetinin fotomüxbiri Bünyamin Aygün Suriyada “Əl Qaidə”yə yaxın qruplar tərəfindən qaçırılıb. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, Türkiyənin Foto Müxbirləri Dərnəyindən Aygünün sərbəst buraxılması üçün bir müddətdir davam edən səylərdən bir nəticə alına bilinmədiyi, bu səbəbdən başda Xarici İşlər Nazirliyi olmaqla səlahiyyətlilərdən kömək istənildiyi haqda məlumat verilib.