Suriyada əsirlikdə olan amerikalı jurnalist ölkəsinə qayıdıb

Suriyada iki il ərzində silahlıların əsirliyində olan və bazar günü azad edilən amerikalı jurnalist Piter Teo Kertis ölkəsinə qayıdıb.

Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.

Xatırladaq ki, “əl-Cəzirə” telekanalı 2012-ci ilin oktyabrında oğurlanmış amerikalı jurnalist Piter Teo Kertisin bazar günü suriyalı silahlıların əsirliyindən azad edilməsi barədə məlumat verib.

Telekanalın ixtiyarına keçən videodakı şəxs Boston (Massaçusets ştatı) şəhərindən olan peşəkar jurnalist olduğunu söyləyib. Jurnalistin sözlərinə əsasən, o, əsirlikdə geyim və qida daxil olmaqla, “zəruri olan hər şeyi alıb”. Bundan sonra o, Təl-Əvivdəki ABŞ səfirliyinə çatdırılıb, burada tibbi müayinədən keçirilib.

Göyərtəsində jurnalistin olduğu təyyarə dünən axşam saatlarında Bostonda general Edvard Lourens Loqan adına beynəlxalq hava limanına eniş edib. Limanda əsiri anası Nensi Kyortis qarşılayıb.

– See more at: http://salamnews.org/az/news/read/140191#sthash.jtofr6m1.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO