Qeyd edək ki, 70-ə yaxın mətbuat nümayəndəsini saxlayan polis, yük maşınlarında onları Omdurman şəhərindəki polis məntəqəsinə aparıb. Bəzi şahidlər polisin 100-ə yaxın jurnalisti həbs etdiyini söyləyib. Agentlik cari ilin noyabr ayında ölkədə jurnalistlərin təşkil etdikləri bir sıra etiraz, o cümlədən aclıq aksiyalarının keçirildiyini vurğulayır. KİV nümayəndələri dövlətin mətbuat işinə müdaxiləsi və senzuraya qarşı çıxış edirdilər.
Mənbə: lenta.ru