“Sərhədsiz reportyorlar” təşkilatı İranda həbs olunmuş Azərbaycan şairləri Fərid Hüseyn və Şəhriyar del Geraninin (Hacızadə) taleyindən narahatdır.
APA-nın məlumatına görə, təşkilatın rəsmi saytında bununla bağlı bəyanat yerləşdirilib.
“Sərhədsiz reportyorlar” İran hakimiyyətini ən qısa müddətdə mayın 2-də Təbrizdə yoxa çıxmış azərbaycanlı şairlərin taleyinə aydınlıq gətirməyə çağırıblar.
Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, Fərid Hüseyn və Şəhriyar del Gerani mülki şəxslər tərəfindən girov götürülüb.
Azərbaycan Xarici İşlər Nazirliyi adı çəkilən soydaşlarımızın taleyini araşdırmağa çalışır. Lakin hələlik İran tərəfindən bu müraciətlərə rəsmi cavab verilməyib.
Modern.az