İsraildə hərbi sirri yaydıqlarına görə iki jurnalisti həbs ediblər

İyunun 15-də İsrail məhkəməsi Fələstin mənşəli iki jurnalisti 2009-cu ilin yanvarında “Tökmə qurğuşun” əməliyyatından əvvəl İsrail qoşunlarının Qəzzə sərhədi yaxınlığında yerdəyişməsi barədə yaydıqları informasiyaya görə 2 aylıq həbs cəzasına məhkum edib. Bu barədə Reuters agentliyi xəbər yayıb.

Qədir Şahin və Məhəmməd Sərxan hərbi senzura qaydalarını pozmaqda günahlandırılıblar. Qeyd edilir ki, jurnalistlər Qəzzə sərhədi yaxınlığında İsrail qoşunlarının yerdəyişməsi barədə informasiyanı İranın xəbərlər agentliyinə yanvarın 3-də ötürüblər. Bu, HAMAS təşkilatının mövqelərinin zəifləməsinə yönəldilmiş iri miqyaslı əməliyyatdan bir neçə saat əvvəl baş verib.

Jurnalistlərin vəkilləri verilən cəzanın çox sərt olduğunu bildiriblər. Öz növbəsində məhkəmə nümayəndələri bildiriblər ki, bu cəza İsrail ərazisində işləyən digər jurnalistlərin ehtiyatlı olması üçün xəbərdarlıq sayılmalıdır.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO