Jurnalistlərin Qəzza bölgəsinə girişinə yayda İsraillə HƏMAS arasında bağlanmış sülhün pozulması təhlükəsinin yaranmasından sonra, yəni 5 noyabr 2008-ci il tarixində qadağa qoyulmuşdur. Bu addım İsraili məhkəməyə vermiş dünyanın aparıcı KİV nümayəndələrinin kəskin etirazına səbəb olmuşdur. Onların təzyiqi altında İsrail dekabrın 4-də qadağanı aradan qaldırsa da, dekabrın 8-də yenidən tətbiq etmişdir. Bir neçə dəfə Qəzza bölgəsinə qeyri-leqal yollarla keçməyə çalışan jurnalistlərdən yeddisi qapalı hərbi zonada İsrail hərbçiləri tərəfindən saxlanılmışdır. İsrail hakimiyyəti onlara qarşı ittiham irəli sürmək niyyətindədir.
Lenta.ru