İsmayıllıda “Jurnalistlər üçün qış məktəbi” təşkil olunacaq

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi və Avrasiya Əməkdaşlıq Fondu ilə birgə “Jurnalistlər üçün qış məktəbi” layihəsi həyata keçirir.

ARGTMŞ-dan SalamNews-a verilən məlumata görə, dekabrın 7-dən 10-dək İsmayıllı rayonu “Qaya” istirahət mərkəzində baş tutan layihənin açılış mərasimi keçiriləcək. ARGTMŞ sədri Fuad Muradov, İsmayıllı rayonun icra hakimiyyətinin başçısı Nizami Ələkbərov, deputatlar Novruz Aslan, Rövşən Rzayev və ölkə mətbuatını təmsil edən jurnalistlər iştirak edəcək.

Layihə çərçivəsində gün ərzində 3 mövzu ətrafında müzakirələr aparılacaq. “Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik, qərəzsizlik, vicdanlı, ədalətli”, “Yeni media şəraitində jurnalistin peşəkarlıq səviyyəsi”, “Avropaya inteqrasiya: Avropa dəyərləri nədir?”, “Media hüququ və Azərbaycan gerçəkliyi”, “Fotojurnalistika və Azərbaycan reallığı”, “Qarabağ problemi Azərbaycan mətbuatında”, “Blogerlik və sosial jurnalistika” mövzuları ətrafında peşəkar təlimçilər tərəfindən jurnalistlərə məlumatlar veriləcək. Həmçinin müxtəlif qrup işləri, əyləncəli intellektual oyunlar keçirilməklə jurnalistlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO