İslam Səfərlinin 90 illik yubileyinə həsr olunmuş ədəbi konrans keçirildi

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyində nəğməkar şair, çağdaş Azərbaycan ədəbiyyatının mötəbər nümayəndələrindən sayılan hissli, duyğulu, axımlı, şeir və poemaları ilə, dramatik səhnə əsərlərilə yaddaşlara köç edən İslam Səfərlinin anadan olmasının 90 illiyinə həsr olunmuş ədəbi konfrans keçirilib.

Naxçıvan MR Yazıçılar Birliyinin Gənclər Təşkilatından Day.Aza verilən məlumata görə, konfransda muxtar respublikamızda yaşayıb-yaradan şair və yazıçılarla yanaşı ədəbiyyatşünaslar, ədəbi tənqidçilər də iştirak ediblər.

Ədəbi konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Yazıçıları Birliyinin sədri Asim Yadigar ömür taleyi qısa, yaradıcılıq taleyi uzun məsafəli olmuş İslam Səfərlinin zəngin yaradıcılıq yolundan danışıb. Qeyd edib ki, son illərdə ədəbiyyatımızda özünməxsus yaradıcılıq dəsti-xətti olan şair və yazıçılarımızın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, onların irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlər ədəbiyyatımızın inkişafına xidmət edir. Bu mənada bu il yanvar ayının 18-də İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən sərəncamın imzalanması bu istiqamətdə görülən işlərin davamı hesab edilə bilər.

Konfransda İslam Səfərlinin həyat və yaradıcılığı ilə bağlı məruzələr dinlənilib. Filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev “İslam Səfərlinin həyat və yaradıcılığı”, Azərbaycan Respublikasının əməkdar müəllimi Dilsuz Dünyamalıyev “Nəğməkar şair”, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Elxan Yurdoğlu “Xalq bağlı sənətkart”, Babək rayon Qoşadizə kənd məktəbinin direktoru Zeyqəm Vüqar “İslam Səfərlinin yaradıcılığına Naxçıvan” mövzularında məruzələr dinlənilib.

Məruzələrdə qeyd olunub ki, minillik poeziyamızın milli ruhlu, milli təfəkkürlü, milli əqidəli şairlərindən biri olan İslam Səfərli haradan yazırdısa yazsın, istər cəbhə şeirləri, istər təbiəti tərənnüm etsin, istər Ana müqəddəsliyindən, Vətən təəssübündən yazsın, istərsə da saf, pak duğulardan yazsın-ortada, sözünün mayasında Azərbaycan dururdu. Azərbaycan ifadəsi onun zəngin poeziyasının şah damarıydı. Dram əsərlərində də bu hiss aparıı amilə çevirilirdi. Burada da milli ruhlu İslam Səfərli olaraq qalırdı.

Məruzələr ətrafında filologiya üzrə fəlsəfə doktoru, şair Əbülfəz Muxtaroğlu, fililogiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı, Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının direktor müavini Röyal Məmiyev çıxış ediblər. Babək Rayon Uşaq kitabxanasının müdiri Təranə Arifqızı İslam Səfərliyə həsr etdiyi şeiri səsləndirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO