Şimal bölgəsində kommersiya yönümlü verilişlər göstəriləcək – nazirlik

Şimal bölgəsinin əhalisi kommersiya yönümlü çoxkanallı verilişləri izləyəcək.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, ümummilli lider Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xətti ilə Quba rayonunun Dağlı kəndində yeni teleradio yayım stansiyasında kommersiya rəqəmli çoxkanallı keyfiyyətli televiziya xidməti istifadəyə verilib. Bakı və Gəncə şəhərindən sonra Quba radio-televiziya stansiyasında qurulan 4 televiziya ötürücüsü vasitəsilə MPG standartında, “T1” və “T2” formatında yüksək keyfiyyətli 90-dan çox televiziya kanalları bu gün Qusar, Quba, Xaçmaz, Şabran rayonlarını və ətraf ərazilərdə yaşayan bölgələri tam əhatə edir. Yeni xidmətin aylıq ödəniş haqqı 6 AZN-dir. Bu xidmətə qoşulmaq istəyən vətəndaşlar müvafiq qəbuledici qurğuları istənilən elektronika mağazalarından əldə edə bilər. Bu qəbilli yeni xidmətlər ilin sonunacan Lənkəran və Zaqatala rayonlarında da istifadəyə veriləcək.

– See more at: http://salamnews.org/az/news/read/125758#sthash.hgXLYORm.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO