İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldin noyabrın 19-da Azərbaycana səfər edəcək. Səfər “YES” Azərbaycan” beynəlxalq məsləhət qrupunun dəvəti ilə təşkil olunacaq. Bu barədə qrupun üzvü Rövşən Muradov məlumat verib. İsgəndəriyyə kitabxanasının direktoru, Misir Prezidentinin elm və təhsil məsələləri üzrə məsləhətçisi, Ümumdünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Seragəldin səfər zamanı ölkənin rəsmi şəxsləri ilə görüşlər aparacaq, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edəcək.