Mərkəzi Seçki Komissiyasının (MSK) Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (IFES) birgə hazırladığı məntəqə seçki komissiyalarının üzvləri üçün “Seçki günü üçün yaddaş” kitabçası çap olunub. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, yaddaş kitabçasının girişində MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yer alıb. Müraciətdə MSK-nın sədri məntəqə seçki komissiyalarının üzvlərinə vəzifələrini xatırladır.
“Seçki günü üçün yaddaş”da məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə günü həyata keçirilməli olan seçki hərəkətləri barədə ətraflı məlumatlar əks olunub. Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.